“Putinlə görüşü ləğv etdim” – Trampbackend

“Putinlə görüşü ləğv etdim” – Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv etdiyini bəyan edib.

NOCOMMENT.az Ağ Evə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi brifinqdə deyib.

“Putinlə görüşü ləğv etdim. Mələ elə gəldi ki, lazım olana nail olmayacağıq, ona görə də bunu etdim. Hər dəfə yaxşı söhbətimiz olur, amma bu, heç nəyə gətirib çıxarmır”, – Tramp bildirib.

ABŞ lideri Ukraynaya “Tomahavk” raketlərinin tədarükü ehtimalından da danışıb. O, qeyd edib ki, təlim üçün ən azı altı ay lazımdır.

“Əgər biz (ABŞ – red.) onları işə salarıqsa, yeganə üsuldur. Amma biz bunu etməyə hazırlaşmırıq”, – dövlət başçısı vurğulayıb.

Xatirə SADİQ