“Kim Çen Inla görüşə hazıram” – Trampbackend

“Kim Çen Inla görüşə hazıram” – Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Asiyaya səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inın arzusu olsuğu təqdirdə onunla görüşməyə hazır olduğunu bildirib.

NOCOMMENT.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, ABŞ prezidenti bu barədə təyyarədə jurnalistlərlə ünsiyyəti zamanı deyib.

“Mən razılaşardım. Əgər siz bu məlumatı yaymaq istəyirsinizsə, mən buna hazıram. Mənim onunla gözəl münasibətlərim olub”, – Tramp vurğulayıb.

Amerika lideri Şimali Koreyanın Vaşinqtonla dialoq üçün ilkin şərt kimi nüvə dövləti kimi tanınması tələbinə də münasibət bildirib: “Düşünürəm ki, onlar bir növ nüvə dövlətidir. Siz deyəndə ki, onları nüvə dövləti kimi tanımaq lazımdır – yaxşı, onların çoxlu nüvə silahları var. Mən elə belə də deyəcəyəm”, – Amerika prezidenti qeyd edib.

Tramp oktyabrın 24-də Vaşinqtonu tərk edərək Malayziya, Yaponiya və Cənubi Koreyaya beş günlük səfərə çıxıb. Bu, ikinci hakimiyyəti dönəmində həmin bölgəyə ilk səfəridir.

Xatırladaq ki, Tramp andiçmə mərasimindən sonra Şimali Koreya lideri Kim Çen Inla əməkdaşlığı bərpa etməyi planlaşdırdığını bildirmişdi.

O, birinci prezidentlik dövründə Kim Çen In ilə Sinqapurda, Hanoyda və Koreya sərhədində üç görüş keçirmişdi.

O zaman Trampın danışıqları təriflədiyinə və Şimali Koreyadan gələn nüvə təhlükəsinin “artıq mövcud olmadığını” dediyinə baxmayaraq, onların diplomatiyası konkret nəticə vermədi

Pxenyan hazırda Rusiyanı aktiv şəkildə silahla təchiz edir və Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün hərbçilərini göndərir.

Xatirə SADİQ