Fransanın məşhur Luvr muzeyindən qiymətli zinət əşyalarının oğurlandığı gün çəkilmiş foto internetdə sürətlə yayılıb.
NOCOMMENT.az bu barədə “The New York Times” nəşrinə istinadən xəbər verir.
Nəşr yazıb ki, əslində “Associated Press”in çəkdiyi adi fotoşəkil idi, amma X sosial şəbəkəsindəki bəzi postlarda həmin foto milyonlarla baxış toplayıb.
Fotoda polis əməkdaşlarının bazar günü misli görünməmiş soyğundan bir neçə saat sonra Parisdəki Luvrun qarşısında park edilmiş xidməti maşınının yanında dayanması əks olunub.
Onun viral olmasına səbəb sağ tərəfdə Şerlok Holms və Erkül Puaro hekayələrinin personajlarını xatırladan zərif geyimdə olan şlyapalı şəxs olub.
Bəzi şərhçilər onun Luvr oğurluğunu araşdıran əsl detektiv olduğunu iddia ediblər və bu tvitlər milyonlarla baxış toplayıb. Ancaq fotonu çəkən fotoqraf Tibo Kamyu bildirib ki, bu, sadəcə, təsadüfən yoldan keçən şəxs, bəlkə də turist olub.
Xatirə SADİQ













