Şəhid ailəsindən Milli Məclisin sədrinə müraciətbackend

Şəhid ailəsindən Milli Məclisin sədrinə müraciət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə xanım Qafarovaya Ağdərə rayon sakini şəhid evladı,ll qurup əlil Qurbanov Ülfət Əliqismət oğlu tərəfindən müraciət ünvanlanıb.

NOCOMMENT.az həmin müraciəti təqdim edir:

Hörmətli xanım sədr!

Bizim Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən Milli Məclisə seçdiyimiz deputat Anar İlyaz oğlu Məhəmmədovdur. Seçki prosesində A.Məmmədov özünü o qədər səmimi, qayğıkeş,humanist bir insan kimi aparırdı ki, hamı kimi məndə sevinirdim ki, axırki bizə də dərdimizi deyən millət vəkili qismət oldu. Lakin, bütün bunlar sadəcə şou imiş. Necə ki,hal-hazırda Tərtər rayonunda bəzi seçicilərlə reklam xatirinə görüşüb şəkil çəkdirir. Guya ki,seçicilərin arasındadır…
” Sənin səsin həlledicidir “, “səs verki,səsin ucalsın ” və sair kimi şüarlarla pafoslu çıxışlar edən A.Məmmədovu biz bir dəfə tapıb dərdimizi deyə bilmirik.

Özünə şoumen bir köməkçi tutub ki,o da tutuquşu kimi eyni sözləri əzbərləyib və bütün müraciətlərə eyni cavabı verir.

Hörmətli xanım sədr. Əgər bu deputatı yəni Anar Məmmədovu biz tapa bilmiriksə onda kimi təmsil edir Milli Məclisdə?! Əgər o şəhid ailəsinin müraciətlərərinə məhəl qoymursa onda mən ona niyə səs vermişəm?! Axı Anar Məmmədov seçki prosesində bizə deyirdi ki,siz mənə səs verin, mən də deputat olandan sonra sizin vəkiliniz olacağam..

Bəs o vədlər necə oldu?! Məgər belə yalançı adamlardan millət vəkili olar,belə yalançı adamlardan milləti təmsil edənmi olar?!

Hörmətli xanım sədr. Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli və həmin idarənin məsul əməkdaşı Anar Şəfiyev sadə vətəndaşlara divan tutur, hamını dövlətdən narazı salır,prezidentin göstərişlərinə məhəl qoymur və hamıyada deyir ki, mən cənab Emin Əmrullayevin tapşırığını yerinə yetirirəm. Məgər E.Əmrullayev göstəriş verib ki,camaata divan tut?!

Mənim həyat yoldaşımın bütöv akladını ləğv edib yarım aklad edir. A.Şəfiyevin qəbulunda olanda deyirəm ki, sən şəhid adına olan borcunu beləmi ödəyirsən?! Cavab verirki,mənim şəhidlər qarşısında heç bir borcum yoxdur..

Hörmətli xanım sədr. Sizdən xahiş edirəm ki, mənim müraciıtimi öz nəzarətinizə götürəsiniz və müsbət həll olunmasına köməklik edəsiniz.