“Sabah”-“Araz-Naxçıvan” oyununda heç-heçə oldubackend

“Sabah”-“Araz-Naxçıvan” oyununda heç-heçə oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Premyer Liqasında IX turun növbəti matçında “Araz-Naxçıvan” və “Sabah” komandaları üz-üzə gəlib.

NOCOMMENT.az xəbər verir ki, “Bank Respublika Arena”da təşkil olunan görüşdə qalib müəyyənləşməyib – 2:2.

Muxtar Respublika təmsilçisinin qollarını 58-ci dəqiqədə İssuf Paro, 90+9-da isə Ba-Muaka Simakala vurub.

Masazır komandasından Stiv Solvet (54) və Coy-Lens Mikels (73 – pen.) fərqləniblər.

“Araz-Naxçıvan” 16 xalla üçüncüdür. 1 xal az toplayan “Sabah” dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq.