“Gəncliyi qınamaq da olmur. Günün tələbinə uyğun özləri üçün repertuar seçirlər”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Əməkdar artist Təyyar Bayramov “Gün ortası” verilişində deyib.
Xanəndə efirlə bağlı fikirlərini səsləndirərkən mikrofonu söndürülüb:
“Tələbələrimə də deyirəm ki, günün tələbinə uyğun oxuyun. Dinamik mahnılar oxusalar da xalq mahnıları canlarından çıxmayacaq. Oxuya bilməyənlər isə danışırlar. Danışırlar ki, tanınsınlar.
Bu cür ifaçılar əvvəl də olub, indi də var, gələcəkdə də olacaq. Efirlər malını satmaq üçün… (mikrofonu söndürülüb) …Bizim mənəviyyatımızı korlayır…(mikrofonu yenidən söndürülüb)”.













