Bu gün Ağdaş rayonu ərazisində baş verən dəhşətli qəza ilə bağlı bəzi təfərrüat məlum olub.
NOCOMMENT.az xəbər verir ki, hadisə bu gün səhər saat 6 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, qəza zamanı yolda hərəkətdə olan “KamAZ” və “Qazel” markalı yük avtomobilləri toqquşub.
Qəza nəticəsində “Qazel”in sürücüsü, Neftçala rayonunun Qaramanlı kənd sakini, Eldar Fərhad oğlu Tağıyev və sərnişini, Salyan şəhər sakini, 38 yaşlı Rauf Saleh oğlu Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Məlumata görə, “Qazel” markalı yük avtomobilində diri balıq daşınırmış. Ölənlərdən biri Rauf Hacıyev 3 uşaq atası olub. Eldar Tağıyevin isə Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Fotoda: Eldar Tağıyev

Fotoda: Rauf Hacıyev

***09:55
Bu gün saat 06 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində “Kamaz” və “Qazel” markalı yük avtomobilləri toqquşub. Nəticədə “Qazel”in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***08:45
Bakı -Qazax avtomagistral yolunun Ağdaş rayonu ərazisindən keçğn hissəsində ağır yol qəzası olub. İlkin məlumata əsasən hadisə Kubik və balıq daşıyan yük maşınlarının toqquşması nəticəsində qeydə alınıb, ölənlər ağır yaralılar var.
NOCOMMENT.az xəbər verir ki, hadisə Ağdaş və Yevlax rayonlarının inzibati hüdudlarının kəsişdiyi hissəyə yaxın istiqamətdə baş verib.Kubik daşıyan qoşqulu Kamaz balıq daşıyan digər maşınla toqquşub.Zərbənin təsirindən balıqlar ətrafa səpəlınib.
FHN əməkdaşları maşlnda sıxılmış vəziyyətdə qaĺan və öldüyü söylənən şəxsləri çıxarmağa çalışır.
Faktla bağlı araşdırma aparılır.














