Evində və avtomobilində ətir çubuqları istifadə edənlərə XƏBƏRDARLIQ: Bu ölümcül xəstəliklərə səbəb olurbackend

Evində və avtomobilində ətir çubuqları istifadə edənlərə XƏBƏRDARLIQ: Bu ölümcül xəstəliklərə səbəb olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlər evlərdə və avtomobillərdə geniş istifadə olunan ətir çubuqları (reed diffuser) sağlamlıq üçün ciddi risk daşıya bilər.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, bu məhsulların tərkibində formaldehid, benzol, toluol, stiren kimi zərərli maddələr ola bilər və bu maddələr xərçəng riskini artırır:

CROSSMEDIA - Şok açıqlama:Elə müğənnilərimiz olub ki, ikinci və üçüncü  kursa qədər Tibb Universitetində oxuyub, sonra...

“Son günlər xərçəng xəstəliyi sürətlə yayılır. Bu, həm bizdə, həm də digər ölkələrdə müşahidə olunur. Evdə istifadə etdiyimiz bir çox ətriyyat və gigiyenik vasitələrin tərkibinə diqqət yetirilmir. Xüsusilə xanımlar evdə ətirli mühit yaratmaq üçün bu çubuqlardan istifadə edirlər, lakin onların çoxu ucuz və keyfiyyətsiz məhsullardır. Tərkibindəki uçucu kimyəvi maddələr nəfəs aldığımız hava vasitəsilə ağciyərlərə hopur və xərçəng riski yaradır”.

Onkoloq əlavə edib ki, bu cür ətirli çubuqlardan tez-tez və uzunmüddətli istifadə ağciyər xərçəngi ehtimalını artırır:

“Əgər istifadə olunursa belə, çox geniş və davamlı şəkildə istifadə etmək məsləhət deyil. İnsanlar məhsulun tərkibinə diqqət etməli, zərərli kimyəvi birləşmələrdən uzaq durmalıdır”.