Sərnişinlərin saatlarla gözlədikləri 113 nömrəli avtobusdan ŞİKAYƏT – VİDEObackend

Sərnişinlərin saatlarla gözlədikləri 113 nömrəli avtobusdan ŞİKAYƏT – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtobuslar təxminən bir saatdan bir gəlirlər…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayon, əmircan qəsəbəsinin sakinləri 113 nömrəli avtobusdan şikətçidirlər. Bildirirlər ki, avtobuslar həm köhnədir, həm də həddindən artıq gec işləyir.

Avtobusun gecikməsi şagirdlərə və işə gedənlərə çətinlik yaradır.

Çəkiliş qrupumuz ərazidə olarkən, 45 dəqiqəyə yaxın avtobus gözləyib. Sürücülər isə gecikmənin səbəbi olaraq yolları göstərirlər.

Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, rayon ərazisində asfaltlanmasına ehtiyacı olan küçələrin təmir olunması ilə bağlı vətəndaşların müraciəti əsasında Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq məktublar ünvanlanıb.

Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, Yol infrastrukturunun qənaətbəxş olmaması səbəbindən avtobusların sıradan çıxması və intervalın pozulması müşahidə edilir. Yol infrastrukturu düzələndən sonra daşıyıcı tərəfindən avtobusun yenilənməsi və hərəkət cədvəlinin bərpası təmin ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.