28.10.2025-ci il tarixində saat 08:10 radələrində 4 nəfər (3 kişi, 1 qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə NOCOMMENT.az -a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır olan şəxslərin müalicələri müvafiq şöbədə davam etdirilir.
***10:10
Gəncədə iki minik maşını toqquşması zamanı ölən şəxsin kimliyi məlum olub.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, ölən şəxs “FİAT DOBLO”nun sərnişini 1953-cü il təvəllüdlü O.Süleymanovdur.
***08:58
Gəncədə qəza olub.
NOCOMMENT.AZ -ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub.Qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.














