28.10.2025-ci il tarixində saat 02:00 radələrində Lerik rayonun Vılık kəndində xəsarət alması səbəbilə 1969-cu il təvəllüdlü (kişi) şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə NOCOMMENT.az -a TƏBİB-dən məlumat verib.
Bildirilib ki, ona dəqiqləşdirilməmiş kəllə beyin travması, sağ qulağın açıq yarası diaqnozu təyin olunub.
Pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
***13:03
Lerikdə baş verən mübahisənin detalları məlum olub.
NOCOMMENT.az -ın Cənub bürosuna verilən məlumata görə, yeznə-qayın mübahisəsi iş saatı üzərində başlayıb.
Belə ki, hər iki şəxs Vılık kənd məktəbində gözətçi işləyirmişlər. Növbə bölgüsü səbəbindən tərəflər arasında mübahisə baslayib.
37 yaşlı Yusif Dövlətov 1969-cu il təvəllüdlü Bəşir İbadova bel ilə xəsarətlər yetirib.
***12:22
Lerikdə qohumuna xəsarət yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, əməli törətməkdə şübhəli bilinən qohumu 37 yaşlı Yusif Dövlətov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
***11:38
Lerikdə yeznə-qayın arasında mübahisə yaranıb.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, Lerik rayonunun Vılık kənd sakini 1969-cu il təvəllüdlü Bəşir Sahib oğlu İbadov dəqiqləşdirilməmiş kəllədaxili travma, sağ qulağın açıq yarası, sol çiyin qurşağının əzilməsi diaqnozu ilə Lənkəran Rayon MərkəziXəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılya zəruri ilkin tibbi xidmətlər göstərilib və vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Yaxınlarının deməsinə görə, B.İbadov gözətçisi işləyir və gecə saatlarında da növbədə olub. Ona yaxın qohumu hücum çəkib və bədənin müxtəlif nahiyələrinə xəsarət yetirib.
Hazırda həkimlər B.İbadovun vəziyyətini ağır qiymətləndirir. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.













