Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tərəfindən generator, kompressor və stablizatorun təmiri ilə bağlı satınalma prosesi yekunlaşıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, işlərin görülməsi Rəhim Qafil oğlu Vəliyev tərəfindən həyata keçiriləcək. Müqavilənin dəyəri 12.266,1 manat təşkil edir. Layihə çərçivəsində xəstəxananın enerji təminatında mühüm rol oynayan bir sıra avadanlıqların təmiri və yenilənməsi nəzərdə tutulur.
Texniki tapşırığa əsasən, aşağıdakı işlər görüləcək:
Transformator məntəqəsindəki elektrik ayırıcısı yenisi ilə əvəz olunacaq;
Aksa markalı 1100 kva dizel generatoru üçün antifriz və yağ yenilənəcək, generatorun cari təmiri aparılacaq;
Filo markalı kompressorun təmiri həyata keçiriləcək, yağ, hava, separat və dişli filtrləri, həmçinin remenlər dəyişdiriləcək;
Kompressor və generatorun işlək vəziyyətə gətirilməsi və sınaqdan keçirilməsi təmin ediləcək.













