Bakıda sərnişin avtobusu yanaraq kül oldu – VİDEObackend

Bakıda sərnişin avtobusu yanaraq kül oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər rayonu, Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusunda baş verən yanğının səbəbi açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat katibi Tural Orucov məlumat verib.

O bildirib ki, yanğına səbəb mühərrikdə yaranan nasazlıq olub:

“Oktyabrın 29-u saat 04:45-də Mərdəkan şosesi Binə qəsəbəsi yaxınlığında “Çinar Trans” MMC-nin istismarında olan 99-JK-966 dövlət nömrə nişanlı 160 nömrəli marşrut avtobusunda qarajdan başlanğıc dayanacağa (sərnişin olmadan) gedərkən mühərrikdə yaranan nasazlıq səbəbindən alovlanma baş verib. Alovun qarşısı alınıb. Xəsarət alan yoxdur”.

***09:18

Bakının Xəzər rayonunda “Karsan” markalı avtobusda yanğın hadisəsi qeydə alınıb.

NOCOMMENT.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***09:07

Xəzər rayonu, Binə qəsəbəsində sərnişin avtobusu yanıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında 160 nömrəli marşrut avtobusunda qeydə alınıb.

Hələlik hadisənin baş vermə səbəbi və xəsarət alanlar barədə məlumat yoxdur.