Sumqayıtda zibildaşıyan maşın yandı – VİDEObackend

Sumqayıtda zibildaşıyan maşın yandı – VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Sumqayıt şəhərində zibildaşıyan maşın yanıb.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

Qeyd olunub ki, hadisə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.

“Hadisə ötən gecə saat 23:00-da Sumqayıt şəhərinin N.Nərimanov küçəsində, 34-cü məhəllədə baş verib. “Ford” markalı yük avtomobilinin mühərrik və kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda bildirilib.

Sumqayıt şəhər Təmizlik departamentindən isə bildirilib ki, qeyd olunan zibildaşıyan nəqliyyat vasitəsi təxminən 10 il xidmət göstərib:

“Yanğın maşının tullantı olan hissəsində baş verib, alov operativ şəkildə söndürülüb və maşına ciddi zərər dəyməyib”.