Elm və Təhsil Nazirliyində yoxlama aparılırbackend

Elm və Təhsil Nazirliyində yoxlama aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesablama Palatası Elm və Təhsil Nazirliyində audit keçirir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-ya qurumdan bildirilib.

Qeyd edilib ki, Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Elm və Təhsil Nazirliyində audit həyata keçirir. Audit Nazirliyin fəaliyyətində təhsil sisteminin informasiyalaşdırılması proseslərinin səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsini əhatə edir. Bununla yanaşı, qurum Nazirliyin tabeliyində fəaliyyət göstərən “Təhsil Respublika İdman Mərkəzi” publik hüquqi şəxsdə də nəzarət tədbiri həyata keçirir.

Palatadan əlavə edilib ki, hər iki istiqamət üzrə audit prosesi hazırda davam edir.