12.11.2025-ci il tarixində saat 23:00 radələrində Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbiilə xəsarət alan 5 nəfər (1-i kişi, 4-ü qadın olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə NOCOMMENT.az -a TƏBİB-dən məlumat verilib
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Pasiyentlərdən 1984-cü il təvəllüdlü şəxsə (kişi) zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
4 nəfər ixtisaslı tibbi yardımın göstərilməsi üçün Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 4 nəfər pasiyentin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
***09:06
Ağstafada qəza olub.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə rayon Poylu kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 5 nəfər xəsarət alıb.Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Yaralılar 1988-ci il təvəllüdlü Ə.Məmmədova,1984-cü ol təvəllüdlü G.Qarayeva,1983-cü il təvəllüdlü N.Muğanova,1988-ci il təvəllüdlü L.Cəlilova və 1984-cü il təvəllüdlü R.Əliyevdir.
Fakt araşdırılır.












