ABŞ Prezidenti Donald Tramp federal hökumətin maliyyələşdirilməsini 30 yanvar 2026-cı ilədək uzadacaq qanunu imzalayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“43 günlük şatdaundan insanlar çox zərər gördü, indi hökumət normal fəaliyyətinə davam edəcək”, – Tramp bildirib.
Trampın qanun layihəsini imzalaması federal qulluqçulara – 43 günlük şatdaunla əlaqədar fəaliyyətini dayandıranlara – artıq cümə axşamı işə qayıtmağa imkan verəcək, baxmayaraq ki, dövlət xidmətlərinin tam bərpasının nə qədər tez baş verəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, bu, ABŞ hökumətində indiyə qədər rekord – 43 günlük ən uzun şatdaun idi. Oktyabr ayından bəri bir çox dövlət xidməti dayandırılıb və təxminən 1,4 milyon federal işçi ödənişsiz məzuniyyətdədir və ya ödənişsiz işləyir. Qida yardımı da qeyri-müəyyən vəziyyətdə qalıb və ölkə daxilində hava nəqliyyatı kəsilib.









