Cahangir Əsgərovun bankının sədri işdən çıxdı – FOTObackend

Cahangir Əsgərovun bankının sədri işdən çıxdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Premium Bank” ASC-nin İdarə Heyətinin sədri Kamil Lətifov işdən çıxıb.

NOCOMMENT.az “Unikal”a istinadən xəbər verir ki, onun yerinə hələ ki, təyinat olmayıb. Sədr vəzifəsini müvəqqəti olaraq sədr müavini Mahir Nəcəfov icra edir.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov, 15,22 % payla “VIP Aviation Services” MMC və 0,32 % payla Elvira Əhmədovadır.