Zelenskinin əleyhdarları fəallaşdı – “Pulları göndərməyi dayandırın”backend

Zelenskinin əleyhdarları fəallaşdı – “Pulları göndərməyi dayandırın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada “Enerqoatom” ətrafında baş vermiş korrupsiya qalmaqalı fonunda prezident Volodimir Zelenskinin həm ölkədəki, həm də dünyadakı bəzi əleydarlarının əlinə fürsət verib.

NOCOMMENT.az xəbər verir ki, özünü daha çox Rusiyanın lobbiçisi kimi aparan Macarıstan kimi ölkənin xarici işlər naziri Peter Siyarto “Facebook”dakı paylaşımında Avropa İttifaqını (Aİ) Avropa vətəndaşlarının pullarını Ukraynaya göndərməyi dayandırmağa çağırıb.

“Brüssel illərdir Ukrayna dövlətinin əməliyyatlarını Avropa pulları hesabına maliyyələşdirir. Bu arada Ukraynada korrupsiya çiçəklənir. Ona görə də təəccüblü deyil ki, hələ heç kim Aİ vəsaitlərinin necə xərcləndiyi barədə dəqiq hesabatı görməyib. Bəs Brüssel nə istəyir? Bu yaxınlarda ətrafında iri korrupsiya şəbəkəsinin aşkarlandığı prezidentə daha çox pullar göndərmək. Bu ağılsızlığı dayandırmağın vaxtı gəlib çatıb. Avropa vətəndaşlarının pullarını Ukraynaya göndərməyi dayandırmalıyıq!”, – deyə macar nazir vurğulayıb.

O, həmçinin əmin edib ki, “Fides” partiyası hakimiyyətdə olduğu müddətdə macar xalqının pulunun Ukraynaya getməyəcəyinə xaql əmin ola bilər.

Bu arada Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib ki, rəhbərlik etdiyi qurum Ukraynaya G7 kredit xətti çərçivəsində təxminən 6 milyard avro verəcək. Onun çıxışı “YouTube” üzərindən canlı yayımlanıb.

O, bu kreditin qismən dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə ödəniləcəyinə diqqəti çəkib: “Mən Avropa Şurasının Ukraynanın növbəti iki il üçün maliyyə ehtiyaclarını ödəmək öhdəliyini alqışlayıram”.

Almaniyanın xarici işlər naziri Yohann Vadephul isə Ukraynanı Almaniyanın davamlı hərbi dəstəyinə əmin edib və eyni zamanda korrupsiyaya qarşı daha qətiyyətli mübarizə aparmağa çağırıb (ntv).

“Ukraynada korrupsiyaya qarşı qəti mübarizə Qərbin dəstəyinin etibarlı qalmasını təmin etmək üçün lazımdır. Biz bu cəhddə Ukraynanı və onun müstəqil hakimiyyət orqanlarını dəstəkləyirik”, – deyə Vadephul G7 ölkələri üzrə xarici işlər nazirlərinin Kanadada keçirilən iclasında deyib.

Xatirə SADİQ