Həbsxanada intihar etmiş maliyyəçi Cefri Epşteyn ABŞ Prezidenti Donald Trampın 2018-ci ildə Helsinkidə Rusiya lideri Vladimir Putinlə görüşündən təxminən bir ay əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrova məlumat ötürməyə cəhd edib.
NOCOMMENT.az “Politico” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının demokrat üzvlərinin yaydıqları elektron məktublardan məlum olub.
“Düşünürəm ki, siz Putinə Lavrovun mənimlə söhbəti barədə məlumat almasını təklif edə bilərsiniz”, – deyə Epsteyn 2018-ci il iyunun 24-də o zaman Avropa Şurasına rəhbərlik edən Norveçin keçmiş baş naziri Yaqlanda ünvanladığı elektron məktubda yazıb.
Yaqland elektron məktubunda xəbər verib ki, ertəsi gün Lavrovun köməkçisi ilə görüşəcək və ona Epşteynlə əlaqə yaratmağı təklif edəcək. Həmin məsələdən nəyin alınıb-alınmadığı məlum deyil.
Epstein həmçinin qeyd edib ki, o, Trampı bundan öncə Rusiyanın BMT-dəki keçmiş səfiri Vitali Çurkinlə müzakirə edib. “Çurkin əla idi. O, bizim söhbətlərimizdən sonra Trampı başa düşdü. Bu çətin deyil. Ona nəyisə əldə etdiyini nümayiş etdirmək lazımdır, bu qədər sadədir”, – deyə Epşteyn yazıb.
Xatırladaq ki, Epsteyn 2008-ci ildə azyaşlı qız da daxil olmaqla fahişəliyə sövq etmək ittihamı üzrə günahını etiraf etdi və 18 ay həbs cəzasına məhkum edildi.
2019-cu ildə o, yetkinlik yaşına çatmayanlara qarşı da daxil olmaqla insan alveri və cinsi təcavüz ittihamı ilə yenidən həbs edildi. Bu ittihamları rədd edən Epşteyn həbsindən bir ay sonra intihara əl atmaqla həyatını sonlandırdı.
Epşteyn qalmaqalında tanınmış simaların, o cümlədən siyasətçilərin də adları hallandırıldı. Çünki maliyyəçi ABŞ prezidentləri Bill Klintonun və Trampın dostu sayılırdı. Hər iki prezident onunla hər hansı əlaqəni inkar edir.
Xatirə SADİQ









