Küçədə yararsız vəziyyətdə qalan “AA” seriyalı avtomobil kimindir? – FOTOLARbackend

Küçədə yararsız vəziyyətdə qalan “AA” seriyalı avtomobil kimindir? – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dələduzluq ittihamı ilə həbs edilən Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun müsadirə edən əmlaklarından biri də “BMW 750LI” markalı avtomobildir.

NOCOMMENT.az Teleqraf-a istinadən xəbər verir ki, 10-AA-320 dövlət qeydiyyat nişanlı avtomobil hazırda yararsız vəziyyətdədir. Təkərləri də olmayan maşın Yasamal rayonu ərazisində yerləşir.

Avtomobilin gələn ay dövlət hərracında satılacağı bildirilir.

Sahib İbrahimov

Qeyd edək ki, S.İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 9 ay müddətə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə təqsirli bilinib. Hacı İbrahim Nehrəmlinin də qardaşı olan Sahib İbrahimov “STS”, “UNİX” və “Sahil-D Kompani” şirkətlərinin rəhbəridir.