NOCOMMENT.az tanınmış məmurların qohumu olan icra başçılarını təqdim edir:
Naftalan şəhərinin icra başçısı vəzifəsindən azad edilərək Göygöl rayonunun icra başçısı təyin edilən Vüqar Novruzovun yüksək vəzifəli məmurun oğlu olduğu bildirildi.
75 yaşlı Vahid Novruzov iqtisad elmləri doktoru, qaprelin 5-dən indiyə kimi Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri vəzifəsində işləyir və 2020-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.
V.Novruzov həm də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinidir.
Sonra məlum oldu ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Elşən Həsənli Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin bacısı oğludur.
Təəccüblənmədik , çünki bundan əvvəl də məmur yaxını olan xeyli sayda yeni icra başçılarının varlığı ilə illər əvvəl xəbərdar idik.
Bu günlərdə həbs edilən Balakən Rayon İcra Hakimiyyətin başçısı İslam Rzayevin də yaxınları vəzifədə olub.
14 il başçı olan Rzayev maliyyə nazirinin müşaviri Elman Mehdiyevin dayısıdır. Bundan öncə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri olub.
Yenə bu il həbs edilən Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev isə 15 il ( 2006-2021) Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri işləmiş Əhməd Əhmədzadənin xalası oğludur.
Üstəlik Əhməd Əhmədzadə tam 16 ildir Zaqatala rayon İcra Hakimiyyətinin başçısı işləyən Mübariz Əhmədzadənin də qardaşıdır.
2009-cu ildən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov isə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri olmuş Yavər Camalovun qardaşıdır.
10 İldir Ucar Rayon İcra Hakimiyyətinə başçılıq edən Mənsur Məmmədov isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun, həm də sabiq deputat, hazırda AMEA İşlər İdarəsinin müdiri Elton Məmmədovun bacısı oğludur.
5 il Tovuzun, 15 il Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı olan və hazırda Yardımlının “başçısı” işləyən Ayaz Əsgərov isə nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşıdır.
2011-ci ildən (14 ildir) Zəngilan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində olan Ramiz Həsənov isə 21 il Baş nazirin müavini, 1998-ci ildə 2018-ci ilə qədər (20 il) Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri işləmiş Əli Həsənovun qardaşıdır.
Hələlik bu qədər.
Əntiqə Rəşid









