2024-cü il dekabrın 20-də Esmira İsmayılova adlı şəxs Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən lombarda qızıl qoyaraq 5 500 AZN məbləğində pul alıb.
NOCOMMENT.az xəbər verir ki, E.İsmayılova 2025-ci il noyabrın 3-də lombardan qızıllarını götürmək istədikdə isə idarəçilər bildiriblər ki, obyekt silahlı basqına məruz qalıb və qızıllar itkin düşüb.
Şikayətçi qeyd edib ki, lombardda ona qarşı kobud davranış nümayiş etdirilib. Qeyd olunur ki, kobud davranan şəxs lombard rəhbərinin həyat yoldaşı Vüsalə Zərbəliyevadır.
Esmira İsmayılova məsələ ilə bağlı 102 qaynar xəttinə müraciət edib, 8-ci polis bölməsinə dəvət olunub və rəsmi ərizə yazıb.
Videonu təqdim edirik:









