Qadın sürücü 6 yaşlı qızı vurubbackend

Qadın sürücü 6 yaşlı qızı vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə azyaşlını avtomobil vurub.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin 1 ci mikrorayon ərazisində baş verib.

6 yaşlı Almila Əlizadə yolu qarşı tərəfə keçmək istəyən zaman hərəkətdə olan minik maşını onu vurub. Azyaşlı Gəncədə yerləşən özəl xəstəxanaların birinə aparılıb. Ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, azyaşlını vuran avtomobilin sürücüsü qadın ölüb.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.