“Azpetrol”da 51 litrlik çənə 54 litr benzin vuruldubackend

“Azpetrol”da 51 litrlik çənə 54 litr benzin vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Sürücü Şəkidəki “Azpetrol LTD” yanacaqdoldurma məntəqəsindən narazılıq edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Metbuat.az-ın qaynar xəttinə daxil olan şikayətdə bildirilib.

O bildirib ki, avtomobilinin yanacaq çəni 51 litr tutumlu olsa da, məntəqədə 53.98 litr benzin vurulub:

“Avtomobilimin çəni maksimum 51 litr tutur. Yanacaq vurulmamışdan əvvəl çəndə təxminən 4-5 litr benzin var idi. “Azpetrol”da 53.98 litr vuruldu, tapança da avtomatik atmadı, operator özü saxladı. YDM-nin əməkdaşı dedi ki, belə hallar olur, şlanqda qalan benzin sayğacı çox göstərir. Amma mən illərlə maşın sürürəm, ilk dəfədir belə bir şeylə rastlaşıram”, – deyə sürücü qeyd edib.

Məsələ ilə bağlı Metbuat.az “Azpetrol” şirkətinin mətbuat xidmətinə sorğu ünvanladıq. Sorğumuz cavablandırılıqdan sonra şirkətin mövqeyi dərc olunacaq.