Xəbər verdiyimiz kimi, Elxan Oqtay oğlu İbrahimov ötən gün Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, Nəsimi rayonunun icra başçısı vəzifəsinə təyin edilib.
NOCOMMENT.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, E.İbrahimov Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlfə İbrahimovun nəvəsidir.
Qeyd edək ki, 1982-ci il təvəllüdlü Elxan İbrahimov 2022-ci ildə Kürdəmirin icra başçısı vəzifəsinə gətirilmişdi. Həmin təyinatadək o, Şamaxının icra başçısının müavini işləyirdi.














