Lombardda 114 vətəndaşa aid yoxa çıxan qızılın aqibəti necə olacaq? – VİDEObackend

Lombardda 114 vətəndaşa aid yoxa çıxan qızılın aqibəti necə olacaq? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qızıllarını lomparda qoydu, qızılından da oldu, pulundan da. İndi də itmiş zinət əşyaları geri qaytarılır, nə pulu…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə paytaxt sakini Esmira İsmayılovanın başına gəlib.

Esmira İsmayılova iddia edir ki, 2024-cü ilin dekabrında paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi Əhəd Yaqubov 14-a ünvanındakı lombarda 5 min manat dəyərində qızıl-zinət əşyasını girov qoyub. Qoyduğu girova görə bu ilin oktyabınadək ödəniş edib. Sonuncu dəfə həmin ünvana gedib pulunu ödəyib qızıl zinət əşyalarını götürmək istəsə də, ona qızıllarının oğurlandığı deyilib.

Şikayətçi iddia edir ki, təkcə ona yox, təxminən 114 vətəndaşa zərər dəyib.

Digər bir vətəndaş da iddia edir ki, ona 30 min manat dəyərində ziyan dəyib. Həmin şəxsə isə lombard sahibi deyib ki, vətəndaşlara məxsus qızılları bank mənimsəyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.