Bakıda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə olunur – VİDEObackend

Bakıda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə olunur – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Axşam saatlarında Hövsan qəsəbəsində yerləşən yaşayış binalarının birində güclü yanğın başlayıb.

NOCOMMENT.az manşet.az-a istinadla bildirir ki, yanğın qəsəbənin “10-cu binalar” deyilən ərazisindəki binalardan birinin üstündə baş verib.

İlkin məlumata görə, yanğına binanın liftində baş verən qısa qapanmanın səbəb olduğu deyilir.

Əraziyə FHN-nin yanğınsöndürən əməkdaşları cəlb olunub. Lakin binanın həyəti sıx ağaclıq ərazi olduğundan onların yanğını söndürməkdə çətinlik çəkdikləri bildirilir.

Hazırda yanğın davam edir, sakinlər binadan təxliyə olunur.