Təkirdağlı şəhid Hava Qüvvələri mənsubu, polkovnik İlker Aykutun atası Ünal Aykut başsağlığı zamanı Milliyyətçi Hərəkat Partiyası (MHP) lideri Dövlət Bahçeli ilə görüşmək istədiyini bildirib. “Məni Dövlət Bahçeli ilə görüşdürün, ömrüm boyunca bir dəfə görmək istəyirəm” deyən şəhid atası göz yaşlarını saxlaya bilməyib.
NOCOMENT.az xəbər verir ki, ardınca MHP lideri Dövlət Bahçeli Ünal Aykutu telefonla zəng edərək başsağlığı verib və ailəyə dərin hörmətlərini çatdırıb. Telefon danışığında Bahçeli belə deyib: “Başımız sağ olsun, Allah rəhmət eləsin. İstədiyiniz zaman mənə müraciət edə bilərsiniz. Şəhidimizin ailəsisiniz, sizə sonsuz hörmətimiz var.”
Şəhid atası Ünal Aykut isə bildirib: “Vətən sağ olsun. Tək bir övladım yox, beş övladım olsa da, vətən üçün fəda edərəm.”
Telefon danışığında MHP Təkirdağ Bələdiyyə sədri Süleyman Fethi Şirin də iştirak edib.










