SON DƏQİQƏ: ABŞ vitse-prezidentinin korteji qəzaya uğradıbackend

SON DƏQİQƏ: ABŞ vitse-prezidentinin korteji qəzaya uğradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tennessi ştatında ABŞ vitse-prezidenti Ceyms Devid Vensin kortejini müşayiət edən iki polis maşını qəzaya uğrayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “AP News” məlumat yayıb.

Hadisə Noksvildən təxminən 27 kilometr (17 mil) məsafədə yerləşən Merivil şəhərində baş verib. Qəzada iki polis əməkdaşı yaralanıb.

Hər iki zərərçəkən xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

ABŞ Gizli Xidmətinin sözçüsü Ketrin Pirs agentliyin vəziyyəti izlədiyini bildirib. O, əlavə edib ki, qəza qorunan şəxsin təhlükəsizliyinə təsir etməyib.