Rusiya bu təxribatla əslində səfirliyimizi yox, Qafqazdakı geosiyasi nizamı hədəf alır – ŞƏRHbackend

Rusiya bu təxribatla əslində səfirliyimizi yox, Qafqazdakı geosiyasi nizamı hədəf alır – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın diplomatik binalarının koordinatları Rusiya Müdafiə Nazirliyinə 2022-ci ildə rəsmi şəkildə təqdim edildiyinə baxmayaraq Rusiya artıq bir neçə dəfə Azərbaycanın diplomatik binalarını hədəf alıb, onlara zərər verib.

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsəullazadə NOCOMMET.az -a bildirib ki, bu Rusiyanın bir neçə dəfə Azərbaycanın diplomatik binalarını hədəf alması bir təsadüf deyil:

“Bu Rusiya siyasi rəhbərliyi tərəfindən Azərbaycana qarşı təxribatdır və “təsadüf” dən söhbət gedə bilməz. Çünki Rusiya da bilir ki, səfirliklərin yerləşdiyi ərazilərdə hərbi obyektlərin olması mümkün deyil. Bu zaman başqa məqamlara diqqət etmək lazım gəlir. Bu günlərdə Zəfərimizin 5 illiyi ilə bağlı Bakıda keçirilən hərbi paradı, Türkiyə, Pakistan, Azərbaycan 3-lü birliyini, xüsusilə, Qafqazda bərqərar olan geosiyasi nizamı həzm edə bilmir.

Məhəmməd Əsəullazadə

MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən görüşündən sonra da təxribatlarından əl çəkmir. Rusiya bu təxribatları ilə Azərbaycanın Qafqazda yaratdığı geosiyasi nizamı təhdid etmək məqsədi güdür. Ukraynadakı səfirliyimizə qarşı olan təxribat da “təhdid etmə”prosesinin tərkib hissəsidir.

Təbii ki, Azərbaycan Rusiyanın bu təpkiləri qarşısında geri çəkilməyəcək. Çünki Rusiya artıq anlamalıdır ki, iyirmi birinci əsrdir və dünyada yeni bir siyasi transformasiya mövcuddur və Rusiya bu prosesi sabotaj edə bilməz. Əksinə prosesi qəbul etsə, yeni siyasi transformasiyaya uyum göstərsə o da qazanclı ola bilər.

Xatırladaq ki, 1 gün əvvəl Rusiyanın Kiyevə endirdiyi raket zərbəsi nəticəsində “İskəndər” tipli raketin qəlpələri Azərbaycanın Ukraynadakı səfirliyinin binasına düşüb. Zərbə nəticəsində səfirliyin divarının bir hissəsi çöküb, pəncərələr sınıb, diplomatlarımızın maşınları zərər görüb.

Rusiya düzənli olaraq bu təxribatı davam etdirir. Bundan əvvəl avqust ayında səfirliyimizin yaxınlığı raketlərlə vurulmuşdu.

Əntiqə Rəşid