Sinqapura icazəsiz yük aparan “Talara” gəmisi İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilib.
NOCOMMENT.az xəbər verir ki, SEPAH milli maraqları və resursları qorumaq səylərini əsas gətirərək məhkəmə qərarı əsasında Makranın cənub sahillərində Talara adlı xarici tankeri ələ keçirdiyini bəyan edib.
Qurumun açıqlamasına görə çevik reaksiya bölmələri dünən səhər saat 7:30-da gəmiyə həbs qoyulması barədə məhkəmə qərarı aldıqdan sonra kommersiya yükləri daşıyan tankerin hərəkətini izləyib. Talara kommersiya adı altında fəaliyyət göstərən və Marşal adalarının bayrağını daşıyan gəmi bundan sonra ələ keçirilib.
Tanker 30 min ton neft-kimya məhsulu daşıyırdı və Sinqapura gedirdi.
Əntiqə Rəşid













