Ukrayna öz suverenliyini itirib və buna görə də onu sülhə inandırmaq olar.
NOCOMMENT.az – ın məlumatına görə, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.
Orbanın sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətlərinin birində o, həmsöhbətinə xəbərdarlıq edib ki, vaxt Ukraynanın tərəfində deyil, lakin Zelenski bu arqumentlərə məhəl qoymayıb. Macarıstanın baş naziri vurğulayıb ki, Rusiya və Ukraynanı sülh sazişi bağlamağa inandırmaq lazımdır.
“Ukrayna məsələsində bu daha asandır, çünki o, artıq suveren ölkə deyil”, – Orban qeyd edib.
Orban daha əvvəl Zelenski ilə bağlı korrupsiya qalmaqalından sonra Ukraynanı tərk etdiyini açıqlamışdı . O əlavə edib ki, “prezidentlə saysız-hesabsız əlaqələri olan hərbi mafiya şəbəkəsi ifşa edilib”.













