ABŞ Prezidenti Donald Tramp BBC-nin “Panorama” proqramının onun çıxışlarından birini dəyişdirdiyini bildirərək, kanala qarşı 5 milyard dollar məbləğində iddia qaldıracağını açıqlayıb.
NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, D.Tramp iddianın gələn həftə rəsmi olaraq təqdim ediləcəyini söyləyib.
ABŞ lideri məbləğin 1 milyard ilə 5 milyard dollar arasında olacağını qeyd edib.













