Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) ölkədə korrupsiya ilə bağlı açıqladığı hesabat Zelenski hakimiyyətini çətin vəziyyətə salıb.
Kiyevin mərkəzində prezidentin istefası tələbi ilə aksiyalar başlayıb.
Aksiya iştirakçılarının plakatlarında “Zelenski – cinayətkar”, “Prezident istefaya getsin”, “Korrupsiyaya yox” şüarları əks olunub.
Yada salaq ki, NABU-nun son hesbatında adı keçən əsas şəxs biznesmen, “Kvartal 95” studiyasının sahibi kimi tanınan Timur Mindiçdir. Onu hələ 2019-cu ildən Zelenskinin “pul kisəsi” də adlandırlar. O, həmçinin hazırda Ukrayna Silahlı Qüvvələrinə pilotsuz təyyarələr və raketlərin ən böyük təchizatçılarından biri olan “FIre Point” şirkətində böyük paya sahibdir. Onun evindən çəkilən qızıldan unitaz fotosu dünya mediasında trenddir…
NABU 15 aylıq araşdırma zamanı min saatlıq söhbəti qeydə almağa müvəffəq olub və onlardan hələ bir neçəsi yayılıb. Zelenskiyə aid səs yazılarının olduğu da deyilir. Maraqlıdır ki, hesabat açıqlanmazdan bir gün əvvəl Mindiç ölkəni tərk edə bilib. Mindiçlə ABŞ Federal Təhqiqat Bürosu da maraqlanır, o, çirkli pulların yuyulmasında da şübhəli bilinir.
NOCOMMENT.az bildirir ki, “The New York Times” yazır ki, onun yaxın çevrəsinin istintaqı Zelenskinin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə siyasi mövqeyinə təhlükə yaradır.
“Zelenski Avropa liderlərinin ondan imtina etməyəcəklərinə əmindir, çünki o, hakimiyyətdə qaldığı müddətcə döyüşlərin dayanmayacağının qarantı kimi ona ehtiyac duyurlar. Avropa liderlərinin Ukraynaya döyüşü davam etdirməsi lazım olduğundan, o, bunu təmin etmək üçün istədiyi hər şeyi edə bilər”.
Ukraynalı politoloq Konstantin Bondarenko Kiyevdə hakimiyyətin mümkün transformasiyası ilə bağlı fikirlərini bölüşüb.
Politoloq deyib ki, Zelenski Fransa, Almaniya və Böyük Britaniyanın onun tərəfində olduğu müddətdə hakimiyyətinə təhlükə görmür: “O, Trampdan qorxmur. Amma burada ciddi şəkildə yanılır. Sanki anlamır ki, ABŞ prezidentləri dəyişə bilər. İndiki qalmaqal Kiyev hökumətini ciddi şəkildə sarsıdıb”.
Politoloqa görə, Ukraynada hadisələr üç variant üzrə inkişaf edə bilər: “Birinci variant Zelenskinin istefa verərək səlahiyyətlərni Ukrayna Ali Radasına verməsi ola bilər. İkinci variant ondan ibarətdir ki, NABU, digər antikorrupsiya agentlikləri güc strukturlarına və büdcəyə nəzarəti ələ alaraq, Zelenskini Prezident Ofisinin rəhbəri Yermakın istefaya göndərməyə razı salırlar. Zelenski isə sırf nominal olaraq prezident qalır. Üçüncü ssenari hansısa cəsur generalın dövlət çevrilişi edəcəyi gözləntisdir. Bu variantlardan hər biri eyni dərəcədə mümkündür, lakin bu gün Ukraynada tam qeyri-müəyyən vəziyyətdir”.
Politoloq Aleksey Neçayev isə hesab edir ki, Qərbə korrupsiya qalmaqalı Zelenskini gözdən salmaq və ya onu vəzifəsindən uzaqlaşdırmaq üçün deyil, onun fəaliyyətini “optimallaşdırmaq” üçün lazımdır.
“Rusiyaya dost olmayan hökumətlər münaqişəni maliyyələşdirmək üçün artan resurs çatışmazlığı ilə üzləşirlər ki, bu da özünü xüsusilə Ukraynaya daha yeni kreditlər vermək istəməməsini göstərir”, – deyə o bildirib. /Musavat.com













