Oğuz rayonunun Xaçmaz kəndinin daxili yolları yararsız vəziyyətə düşüb.
Bu barədə NOCOMMENT.az – a kənd sakinləri məlumat veriblər.
Bildirilib ki, kəndin mərkəzi yolu asfalt örtüklü olsa da daxili yolları baxımsız qalıb. Bu yolla hərəkət etmək həm sürücülər, həmdə piyadalar üçün müşkülə çevrilib.
Qeyd olunub ki, dəfələrlə aidiyyəti qrumlara müraciət olunsa da problem həllini tapmayıb.













