Azərbaycan idmançısı XXV Yay Deflimpiya Oyunlarında medal qazanıbbackend

Azərbaycan idmançısı XXV Yay Deflimpiya Oyunlarında medal qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan idmançısı Yaponiyada keçirilən XXV Yay Deflimpiya Oyunlarında gümüş medal qazanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Deflimpiya Komitəsindən məlumat verilib.

Ölkəmizə ilk medalı cüdo yarışlarında 60 kq çəki dərəcəsində mübarizə aparan Coşqun Əliyev qazandırıb.

O, finalda braziliyalı Pedro Dantasa məğlub olsa da, Azərbaycan tarixində ilk dəfə Deflimpiya Oyunlarında gümüş medal qazanıb.

Mükafatlandırma mərasimində idmançımıza medal Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin Vitse-prezidenti Yutaka Osuqi tərəfindən təqdim edilib.

Bununla da Coşqun Əliyev Tokio-2025 Yay Deflimpiya Oyunlarında komandamıza ilk medal qazandıran idmançı olub.