Xəzərin akvatoriyası 36 min kv.km azalıb – Qazaxıstanbackend

Xəzərin akvatoriyası 36 min kv.km azalıb – Qazaxıstan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ilin sentyabr ayına olan məlumata görə, Qazaxıstan sahillərində Xəzər dənizində orta dəniz səviyyəsi mənfi 29,31 metr olub və son on səkkiz ildə onun akvatoriyası 36 min kvadratkilometr azalıb.

NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, “Kazhidromet”in verdiyi məlumatlara görə, bu ilin sentyabr ayında Qazaxıstanın monitorinq stansiyalarının yerləşdiyi şimal-şərq hissəsində orta dəniz səviyyəsi mənfi 29,15 metr, şərq hissəsində isə mənfi 29,46 metr olub.

Keçən illə müqayisədə Xəzər dənizinin səviyyəsi şimal-şərq hissəsində 20 santimetr, şərq hissəsində isə 17 santimetr azalıb.

Qazaxıstan daxilində sahil xətti bəzi yerlərdə 30-35 kilometr geri çəkilib.

Ən həssas sahələr Xəzər dənizinin şimal-şərq hissəsi, Ural çayı (Jayık) deltası və Mangistau bölgəsinin sahili hesab olunur.