“Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ tərəfindən tikiş avadanlıqlarının — tikiş maşını, ütü, düymə tikən maşın və overloklu tikiş maşınının — satın alınması üçün elan edilən müsabiqə ləğv edilib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın dayandırılmasına səbəb qanunvericiliyin 36.1.1-ci maddəsi ilə əlaqədardır. Həmin maddəyə əsasən, müsabiqədə iştirak etmək üçün təklif və təklifin təminatını təqdim edən, həmçinin tələb olunan halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda satınalma proseduru ləğv edilməlidir.
Beləliklə, tələb olunan avadanlıqlar — tikiş maşınları, ütü və digər texniki cihazların alınması bu səbəbdən həyata keçirilməyib. Satınalmanın ehtimal olunan dəyəri 42.641,66 AZN təşkil edirdi.
Qeyd edək ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyevdir.













