Göygöldə iki nəfərin arasında dava düşüb.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Quşqara kəndi ərazisində yerləşən kafelərin birində qeydə alınıb.
Məlumata görə, xəsarət alan Əziz Həmidovla Gəncə sakini 1999-cu il təvəllüdlü İlham Əliyevin arasında mübahisə düşüb.
Mübahisə zamanı İlham Əliyev Əziz Həmidovun başına bıçaqla xəsarət yetirib. Bundan sonra başından bıçaq xəsarəti alan 29 yaşlı kişi İlham Əliyevə xəsarət yetirib.
Dava zamanı 1996-cı il təvəllüdlü Əziz Həmidov başından bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib, yarası tikilib.Vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs hadisə vaxtı sərxoş olub.Hazırda faktla bağlı araşdırma aparılır













