Tehran nüvə danışıqlarını tamamilə dayandırdı – Müharibə başlayır?backend

Tehran nüvə danışıqlarını tamamilə dayandırdı – Müharibə başlayır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran artıq özünün nüvə proqramı ilə bağlı “Avropa üçlüyü” (Britaniya, Fransa, Almaniya) ilə heç bir müzakirə aparmayacaq. Bu barədə məlumatı TASS agentliyi İranın xarici işlər nazirinin müavini Seyid Xətibzadəyə istinadən yayıb.

NOCOMENT.az TASS-a istinadən xəbər verir ki, diplomat bildirib ki, qərar Avropa ölkələrinin BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etməsi fonunda qəbul edilib.

Onun sözlərinə görə, Tehran ABŞ-la danışıqlar istiqaməti ilə dialoqu iki ayrı proses kimi qiymətləndirir.

Xətibzadə Avropa dövlətləri ilə ümumi münasibətlərin davam etdiyini, lakin nüvə proqramı məsələsinin artıq gündəmə gətirilməyəcəyini vurğulayıb:

“Avropa ölkələri ilə əlaqələrimiz davam edir, amma nüvə proqramı mövzusunu müzakirə etməyi düşünmürük. Üstəlik, Almaniya BMT Təhlükəsizlik Şurasının üzvü də deyil”, – deyə o bildirib.

İranın bu addımı Qərb–Tehran münasibətlərində onsuz da mövcud olan gərginliyi daha da artırıb.

Qeyd edilir ki, danışıqların dayanması regionda təhlükəsizlik balansını yenidən dəyişə və tərəfləri daha kəskin qarşıdurma xəttinə yaxınlaşdıra bilər.