Əsgərliyə getmək istəyənlərin nəzərinə: Hərbi xidmət müddətinin son yaş həddi aşağı salına bilərbackend

Əsgərliyə getmək istəyənlərin nəzərinə: Hərbi xidmət müddətinin son yaş həddi aşağı salına bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün hərbi xidmət müddətinin azaldılması, yaş həddinin aşağı salınması və sair mövzular gündəmi zəbt edir.

Bəs görəsən, yaxın gələcəkdə Azərbaycanda hərbi xidmət müddətinin aşağı salınması mümkündürmü?

Mövzunu NOCOMMENT.az -a ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov şərh edib:

“Dünyada inkişaf artır, texnologiyalar dəyişir. Bu sahədə Azərbaycan ön sıralarda qərarlaşıb. Yeni və müasir texnikalar alırıq, ordumuzu NATO standartlarına uyğun qururuq. Ancaq müddətin azaldılması istiqamətində Azərbaycan Konstitusiyasında artıq dəyişiklik aparılıb. Hərbi qulluqçuların son yaş həddi 35-dən, 30-a endirilib. Bu, müsbət haldır. Gələcəkdə son yaş həddi daha da aşağı salına və 27-25 arası ola bilər. Lakin regionda əmin-amanlığın olması istiqamətində Azərbaycan çox addımlar atsa da, bizi böyük dövlətlər əhatə edir. Üstəlik, Ermənistanla sülh müqaviləsi hələ imzalanmayıb. Ona görə də, ordumuzun döyüş qabiliyyəti daim yüksək səviyyədə olmalıdır”.

Hərbi ekspertin sözlərinə görə, ali təhsillilərlə universitet diplomu olmayanlar arasında fərq qoyulması düzgün deyil:.

“Yəni xidmət müddəti eyni olmalıdır. Bu, Sovet İttifaqı dövründən qalma bir tendensiyadır. Güman edirəm ki, bu bərabərlik sistemini qorumaq üçün xidmət müddətini eyni etmək lazımdır. Quru Qoşunlarının isə ştata uyğun olaraq say tərkibi qorunmalıdır. Xidmət müddətinin azaldılması isə insan resurslarından asılıdır. Sərhədlərimizi qorumaq üçün kifayət qədər resurslarımız olmalıdır. Ordunun döyüş qabiliyyəti isə daim yüksək saxlanılmalıdır. Yaş həddinin aşağı salınması insan resursunda problem yarada bilər. Buna görə də, müddəti aşağı salmaq hələlik uyğun deyil”.