Ermənistandan Rusiyaya daha bir SƏRT ZƏRBƏ – “ESA”nın lisenziyası ləğv olundubackend

Ermənistandan Rusiyaya daha bir SƏRT ZƏRBƏ – “ESA”nın lisenziyası ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti enerji sektorunda Kremlə yaxın dairələri hədəfə alan daha bir ciddi addım atıb. İctimai Xidmətləri Tənzimləmə Komissiyası ölkənin əsas enerji paylayıcı qurumlarından biri olan “ESA” şirkətinin lisenziyasını rəsmən ləğv edib.

NOCOMMENT.az xəbər verir ki, bu qərar Moskva–İrəvan münasibətlərinin gərginləşdiyi bir dövrdə Ermənistanın Rusiyaya qarşı daha sərt kursa keçdiyini göstərən növbəti siqnal kimi dəyərləndirilir.

Qərarın elanından dərhal sonra Ermənistan rəsmisi Romanos Petrosyan emosional çıxış edərək bildirib:

“‘ESA’ xalqımıza xidmət edir. Yaşasın Ermənistan Respublikası!”

Bu açıqlamanın fonunda hökumət daha sərt mövqeyini ortaya qoyub. KROU prezidentinin sözlərinə görə, kabinet şirkətin sahibi və ya İdarə Heyəti ilə mülkiyyət hüquqlarının dövlətə verilməsi istiqamətində üç ay ərzində danışıqlara başlayacaq.

Rəsmi məlumatda qeyd edilir ki, tərəflər 3 ay ərzində anlaşma əldə etməsə belə, hökumət “üstün ictimai maraq” prinsipi əsasında şirkətin mülkiyyətini dövlətləşdirmək hüququna malik olacaq. Bu isə faktiki olaraq “ESA”ya dövlət ultimatumudur.

Lisenziyanın ləğvi və ardından gələn sərt dövlətləşdirmə siqnalı Ermənistan hakimiyyətinin enerji sektorunda uzun müddətdir davam etdirdiyi strateji dəyişikliklərin tərkib hissəsidir.

Müşahidəçilər bildirirlər ki, “ESA” ətrafında baş verənlər ölkənin iç siyasi gündəmində və Moskva–İrəvan xəttində qarşıdakı aylarda əsas müzakirə mövzularından biri olacaq.