Naxçıvan Dövlət Televiziyasının keçmiş sədri Sahil Tahirli “Hədəf” Şirkətlər Qrupunda məsul vəzifəyə təyin olunub.
NOCOMMENT.az YeniSabah.az-a istinadən xəbər verir ki, bundan sonra o, fəaliyyətini “Hədəf” Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadıqovun müşaviri kimi davam etdirəcək.
Sahil Tahirli əməkdaşımıza məlumatı təsdiq edib. O bildirib ki, yeni iş yerində “Hədəf” qrupu baş direktorunun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, Sahil Tahirli 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub. 2013-cü ildə isə S.Tahirli Muxtar Respublika Ali Məclisinin o zamankı sədri Vasif Talıbovun sərəncamı ilə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsinə təyin edib. Bu vəzifədə o, 2025-ci ilin iyununa qədər fəaliyyət göstərib.
Naxçıvan TV-nin keçmiş sədri, Vasif Talıbovun komandasında əsas fiqurlardan sayılıb. Sahil Tahirli Vasif Talıbovun Ali Məclis sədrliyi dövründə ona qarşı irəli sürülmüş ittihamlar zamanı müdafiəedici açıqlamaları ilə də tanınırdı.












