Masallı rayonu, Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyevlə bağlı Xanalion kənd sakinlərinin şikayətinə adıçəkilən şəxs münasibət bildirib.
NOCOMMENT.az sitat.info-ya istinadla xəbər verir ki, Rauf Cəbiyev sakinlərlə qalmaqal yaşadığını təsdiqləyib:
“Bu il mayın 1-dən Kolatan kənd bələdiyyəsinin sədri seçilmişəm. Ümumilikdə 7 kəndə rəhbərlik edirəm, onlardan biri də Xanalıyan kəndidir. Həmin kənd bələdiyyəyə nə torpaq, nə də əmlak vergisi ödəyir. Kənddə 185 ailə ailə var, əksəriyyəti ümumiyyətlə vergidən yayınıb.
Xanalıyan kəndi üçün kifayət qədər işlər görmüşəm. Atam da sovet dövründə həmin kəndlərdə kolxoz sədri işləyib. Bu kəndin ağsaqqalları atama görə mənə hörmət edirlər. O mübahisədə iştirak edənlər gənclərdir. Sizin paylaşdığınız videolar da montaj olunub. Səs və sözlər mənimdir, bunu inkar etmirəm. Amma o sözləri nəyin qarşılığında demişəm, həmin hissələr verilməyib”.
Kəndin adının dəyişdirilməsinə gəlincə, R.Cəbiyev qeyd edib ki, bu bələdiyyə sədrinin səlahiyyətində olan məsələ deyil və onun belə bir təşəbbüsü olmayıb: “Mən özüm media nümayəsiyəm. “Masallı xəbərləri”nin baş redaktoruyam. Kəndin adını mən dəyişməmişəm. Ümumiyyətlə, kənd adı dəyişmək bələdiyyə sədrinin edə biləcəyi qədər sadə məsələ deyil”.













