Şəmkir sakini bıçaqlayan şəxs tutulub.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, Şəmkir rayon Polis şöbəsinin əməkdaşkarını keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Əlövsət Həsənov saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki hər iki şəxs həm əmioğlu həmdə xalaoğludur.
***
Şəmkirdə bıçaqlanma olub.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində baş verib.
Kənd sakini 1974-cü il təvəllüdlü Əlövsət Həsənov münaqişə zəminində həmkəndlisi 1969-cu il təvəllüdlü Əbülfəz Həsənova bıçaqla xəsarətlər yetirib.
Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.













