Azərbaycanda bu ixtisası bitirənlər də məhkəmələrdə işə götürüləcək – SİYAHIbackend

Azərbaycanda bu ixtisası bitirənlər də məhkəmələrdə işə götürüləcək – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmələrdə məhkəmə iclas katibi vəzifəsinə qəbul olunan şəxslərin dairəsi genişləndirilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Bildirilib ki, Şura tərəfindən ölkəmizin əksər bölgələrində hüquqşünas kadrlarının çatışmazlığı, həmçinin yaranmış zərurətlə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə iclas katibi vəzifəsinin tutulma şərtləri araşdırılıb.

Belə ki, müvafiq vəzifə təlimatının “Təhsilə dair tələblər” bölməsində Hüquqşünaslıq ixtisası ilə yanaşı, Filologiya, Fəlsəfə, Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq (regionlar üzrə), Beynəlxalq münasibətlər, Kitabxanaçılıq və informasiya, Dövlət və ictimai münasibətlər, Dövlət və bələdiyyə idarəetməsi və Sosial iş ixtisasları da daxil edilib.

Qeyd edək ki, bundan əvvəl məhkəmə iclas katibi vəzifəsinə yalnız “hüquqşünaslıq” ixtisası üzrə ali təhsili olan şəxslər qəbul olunurdu.