Nazirin təyyarəsi QƏZAYA UĞRADI – Dəhşətli görüntülərbackend

Nazirin təyyarəsi QƏZAYA UĞRADI – Dəhşətli görüntülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqo Demokratik Respublikasında (KDR) Dağ-mədən Sənayesi naziri ilə birlikdə səfərdə olan Embraer ERJ-145 təyyarəsi eniş zamanı qəza keçirib.

NOCOMMENT.az xəbər verir ki, təyyarə enərkən uçuş zolağını tərk edərək yanmağa başlayıb.

Hadisə yerindən əldə edilən görüntülərdən aydın görünür ki, sərnişinlər qəzanı və təyyarənin salonunun boşaldılmasını canlı olaraq çəkiblər.

Təyyarədə nazir və onun müşaiyyətində olan heyət, eləcə də digər sərnişinlər olub. İlkin məlumatlara görə, qəzadan sonra sərnişinlər dərhal təyyarəni tərk edə biliblər. Yanğınsöndürənlər hadisə yerinə operativ şəkildə çataraq yanğını söndürüblər.

Müvafiq dövlət qurumları qəzanın səbəblərini araşdırır. İlk ehtimallara görə, eniş zamanı texniki nasazlıq və ya hava şəraiti qəzanın baş verməsinə səbəb olmuş ola bilər.

Hadisə ilə bağlı rəsmi açıqlamalar yaxın saatlarda gözlənilir. Sərnişinlərin və nazirin vəziyyəti barədə hələlik əlavə məlumat verilməyib.