Son illər dünyanın hər bir köşəsindən su qıtlığı ilə bağlı “Sos” siqnalları gəlməkdədir.
Artıq danılmaz faktdır ki, suya artan tələbat və daim istiləşən iqlim bütün dünyada göllərin və çayların qurumasına səbəb olub. Nəzərə alsaq ki, dünyada 7 milyarddan çox əhalini saxlamaq üçün çoxlu su lazımdır, o zaman suyun qıt olması səbəbinin insan faktoru ilə bağlı olduğunu anlayarıq.

Quraqlığa Amerikanın cənub-qərbi yaxşı bir nümunədir.
Kolorado çayı, Mead gölü və Pauell gölü onilliklərdir ki, ardıcıl olaraq azalır. Yəni artıq yox olmaq dərəcəsindədir. Eyni hadisə Mərkəzi Asiya, Afrika və Cənubi Amerikanın quruyan bölgələrində də müşahidə olunur. Quruması ilə dünyanı dəhşətə salan su mənbələrini bir də xatırladırıq: Aral dənizi (Qazaxıstan və Özbəkistan), Poopo (Boliviya), Kolorado çayı (ABŞ və Meksika), Badvayter gölü və və Ovens Lake gölləri (Kaliforniya), Lake Mead (Nevada) , Povell gölü (Arizona və Yuta Çad gölü (Mərkəzi Afrika), Urmiya gölü (İran), Akşehir gölü (Türkiyə)…
1992 və 2020-ci illər arasında Hindistanın 30-dan çox gölünün quruması tendensiyası qeydə alınıb. Bu göllərdən 16-sı Hindistanın cənubunda, o cümlədən Mettur, Krishnarajasagar və Nagarjuna Sagar kimi tanınmış su anbarlarıdır. O vaxtdan da proses bütün gücü ilə davam edir.
Nəhayət, Azərbaycanda isə artıq bir neçə ildir Xəzər buxarlanaraq yox olmağa məhkum olub.
Bunları qeyd etməkdə məqsədimiz nədir?
Korluğuna görə “kor kahin” adlandırılan məşhur bolqar kahin Vanqanın 2022-2023-cü illər üçün söylədiyi proqnozlar gündəmi silkələməkdə davam edir.
Proqnozlarının böyük əksəriyyəti gerçəkləşən Vanqa hələ 2023-cü il üçün verdiyi proqnozları “qorxunc” proqnazlardan hesab olunurdu. Həmin proqnozlardan biri təbii fəlakətlərin artması və bir də bundan da dəhşətli olan su qıtlığıdır. Vanqa xüsusilə Hindistanda və onun ətrafında su qıtlığının olacağını, bu çatışmazlığın hətta siyasi nəticələrə səbəb olacağını söylədiyi üzə çıxmışdı.

Dünyanı saran su qıtlığının gerçəkləşdiyini nəzərə alsaq, Vanqanın görüçülüyünə şübhəmiz qalmaz.
Bundan başqa proqnozlarında Vanqa nənə 2025-ci ili bütün bəşəriyyətin sonunun başlanğıcı kimi göstərib.
Bu proqnoz da gerçəkləşdi: 30 ildən çoxdur qaldırlmayan amma bu il Rusiya və ABŞ arasında başlanması mümkün olan “nüvə sınaqları” gündəmi qəbt edib. Artıq Rusiya nüvə silahlarının sınağını keçirməklə ABŞ meydan oxuyub. ABŞ-ın ona cavab verməsi isə gecikməyəcək. Bunu da politoloq və ekspertlər vurğulayır.

P.S. 75 faiz gerçəkləşmiş proqnozlar verən görücü Vanqaya inanmayanlar onun gerçəkləşmiş proqnozlarınu oxusun. Ölümü 1996-cı ildə baş verən Baba Vanqa XX-ci əsrdə verdiyi proqnozlar XXI əsrdə də gerçəkləşməkdə davam edir.
Əntiqə Rəşid












