Dekan müavininin “böhtan” iddiası rədd edildi – Müəllim bəraət aldıbackend

Dekan müavininin “böhtan” iddiası rədd edildi – Müəllim bəraət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Dövlət Universitetinin (NDU) dekan müavini Abbas Əhmədov keçmiş müəllim Aysel Quliyevanın cəzalandırılması üçün məhkəməyə müraciət etsə də, şikayəti təmin olunmayıb.

NOCOMMENT.az Teleqraf-a istinadən xəbər verir ki, Abbas Əhmədov Aysel Quliyevanı xüsusi ittiham qaydasında məhkəməyə verərək onun barəsində sosial şəbəkələrdə və mediada həqiqətə uyğun olmayan məlumatlar yaydığını, böhtan və təhqir etdiyini iddia edib.

İddiada göstərilib ki, “Gündəlik Naxçıvan” adlı sosial səhifədə NDU-nun Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bir qrup tələbəsi adından yayılan müraciətdə Abbas Əhmədovun tələbələrə qarşı kobud davranış göstərdiyi, onları döydüyü və təhqir etdiyi qeyd olunub. Dekan müavini isə həmin paylaşımların təşəbbüskarı və müəllifi kimi keçmiş müəllim Aysel Quliyevanı göstərib. O, həmçinin Aysel Quliyevanın tələbələrin olduğu qrupda da onun əleyhinə məlumatlar paylaşdığını iddia edib.

Məhkəmə araşdırması zamanı Abbas Əhmədovun iddiaları sübuta yetirilməyib. Şahid ifadələri də daxil olmaqla toplanmış materiallar əsasında onun şikayətinin əsassız olduğu müəyyən edilib.

Naxçıvan Şəhər Məhkəməsi Abbas Əhmədovun şikayətini əsassız hesab edərək rədd edib və Aysel Quliyeva barəsində bəraət hökmü çıxarılıb.